68 saylı Sabirabad–Şirvan Seçki Dairəsindən deputat seçilmiş, YAP İdarə Heyətinin üzvü, Baş Prokurorluğun Anti-Korrupsiya Təlim Mərkəzinin rəhbəri Kamal Cəfərov Şirvan şəhərinin Bayramlı və Hacıqəhrəmanlı qəsəbələrində vətəndaşlarla görüş keçirib.

Bu barədə Yenifikir.media-ya məlumat verən jurnalist Mirsahib Rahiloğlu bildirib ki, görüş zamanı bölgənin əsas sosial problemləri müzakirə olunub. O, deputata Şirvanda məişət tullantıları zavoduna ehtiyac olduğunu və işsizlik məsələsinin diqqət mərkəzinə gətirilməsinin vacibliyini qeyd edib.

“Bu məsələlərin Milli Məclisdə qaldırılmasını xahiş etdim. Əminəm ki, Kamal Cəfərov bu problemləri aidiyyəti qurumlar qarşısında layiqincə qaldıracaq və onların həlli istiqamətində addımlar atacaq”, – deyə Mirsahib Rahil oğlu vurğulayıb.

Görüşdə vətəndaşların digər təklif və müraciətləri də dinlənilib, onların həlli üçün müvafiq addımların atılacağı bildirilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir