Fənərbaxçadan qalmaqalla ayrılan Jose Mauriniyo, Qarabağa məğlub olan Benfikanın baş məşqçisi olmaq üçün razılaşma əldə edib. O, klubla rəsmi müqavilə bağlamaq üçün şəxsi Ferrarisi ilə gəlib və anlaşmasını “karyeramın təbii addımı” və “həyatın qəribə təsadüfü” kimi qiymətləndirib.
Mauriniyo karyerası boyu çalışdığı klublardan qalmaqalla ayrılıb və yüksək tazminatlar alıb:
Çelsi (2007): 18M funt
Real Madrid (2013): 17M funt
Çelsi (2015): 12,5M funt
Mançester Yunayted (2018): 17M funt
Totenhem (2021): 18M funt
Roma (2023): 3M funt
Fənərbaxça (2025): 15M avro
Qeyd edək ki, Mauriniyo Romada Konferensiya Liqası qazansa da, Fənərbaxçada heç bir kubok qazana bilməyib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin