İtaliyada hökumətin Fələstini tanımamaq qərarı ölkə üzrə kütləvi etirazlara səbəb olub. Romada on minlərlə insan küçələrə çıxıb, məktəblər bağlanıb, qatarlar dayandırılıb, limanlar bloklanıb.
Yenifikir.media xəbər verir ki, Baş nazir Giorgia Meloni Fələstinin tanınmasının “faydasından çox zərəri ola bilər” deyə açıqlama verib.
Roma da daxil olmaqla 75-dən çox şəhərdə keçirilən aksiyalarda polis və etirazçılar arasında qarşıdurmalar yaşanıb. Nəticədə 10 nəfər saxlanılıb, 60-dan çox polis əməkdaşı xəsarət alıb.
Qeyd edək ki, etirazçıların əsas tələbi hökumətin İsraillə əməkdaşlığa son qoymasıdır.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin