İtaliya Baş naziri Corcia Meloni Romada dövlət qulluqçuları ilə görüşdə bildirib ki, 2025-ci il bir sıra çətinliklərlə yadda qalıb və qarşıdakı ilin də ciddi səylər tələb edəcəyi gözlənilir. Onun sözlərinə görə, ictimai xidmət sahəsində iş yükünün artması mümkündür.Baş nazir əməkdaşlarına il ərzində göstərdikləri fədakarlığa görə təşəkkür edib, onları bir ailənin üzvləri kimi dəyərləndirdiyini vurğulayıb.Çıxışının sonunda Meloni bayram günlərində yaxşı dincəlməyi tövsiyə edərək, gələn il də xalqa xidmətə eyni məsuliyyət və əzmlə davam edəcəklərini qeyd edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

