İsveçrə, Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Volodimir Zelenski arasında mümkün sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu açıqlayıb.

Xarici işlər naziri İqnazio Kassis, Putin zirvəyə qatılacağı təqdirdə ona yalnız rəsmi konfrans çərçivəsində toxunulmazlıq veriləcəyini bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi 2023-cü ildə Putin və Mariya Lvova-Belova barəsində Ukraynalı uşaqların qanunsuz aparılması ilə bağlı həbs qərarı çıxarmışdı. Moskva isə bu qərarı etibarsız elan etmişdi. Fransa prezidenti Emmanuel Makron da görüş üçün Cenevrəni mümkün məkan kimi təklif edib.

Yenifikir.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir