Türkiyənin Batman şəhərindən olan Emircan adlı tələbə 2021-ci ildə Bitcoin alıb-satma vədi ilə hesabını tanışlarına verib. Pul qazanmaq istəyəndə fırıldaqçıların tələsinə düşüb. Onun hesabı istifadə edən fırıldaqçılar 11 nəfəri aldadıb.İndi türk polisi onu fırıldaqçılıqda suçlayır və barəsində həbs qərarı verilib.
Emircan təhsil aldığı universitetin yataqxanasından çıxarılıb. O, video müraciətində bildirib ki, “qalacaq yerim yoxdur, təhsilim təhlükədədir.”
Qeyd edək ki, Türkiyədə minlərlə insan eyni şəkildə fırıldaqçılardan ziyan görüb.
[media=1j4vdvu7684c37f2fc8]
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin