Türkiyənin tanınmış zəlzələ mütəxəssisi Okan Tüysüz, “Science” jurnalında yayımlanan “İstanbulda böyük zəlzələ gözlənilir” məqaləsini “TGRT Haber”də şərh edib.Yenifikir.media xəbər verir ki,Tüysüz çıxışında bildirib ki, Marmara bölgəsində zəlzələ riski davam edir və xüsusilə Kumburgaz-Adalar fay xətti təhlükəlidir. 23 Apreldə Silivri açığında baş verən 6,2 bal gücündə zəlzələ də bu riski təsdiqləyib.
Mütəxəssis əlavə edib ki, İstanbul və Marmara gələcəkdə də böyük zəlzələ ilə üzləşəcək, təxmin edilən gücü 7,2 baldır. Zəlzələnin İstanbul, Kocaeli, Yalova, Tekirdağ və Çanakkale bölgələrinə ziyan vuracağı gözlənilir.
Okan Tüysüz zəlzələyə hazırlığın vacibliyini vurğulayaraq, tədbirlərin ziyanı azaltmağa kömək edəcəyini bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

