İstanbulda ardıcıl zəlzələlərdən sonra professor Naci Görür xəbərdarlıq edib. Marmara Dənizində, Tekirdağ sahillərində saat 14:55-də 5,0 bal gücündə zəlzələ olub. Sarsıntı İstanbul və ətraf şəhərlərdə hiss edilib, Bolqarıstana da çatıb. AFAD bildirib ki, zəlzələ 9,2 km dərinlikdə baş verib. İlkin məlumatlara görə, xəsarət və dağıntı olmayıb.
Naci Görür deyib ki, zəlzələ Şimali Anadolu Fay xəttinin aktiv hissəsində baş verib və hər an böyük zəlzələ ola bilər. O, İstanbulun buna hazır olmasını tövsiyə edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin