Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İstanbul Hava Limanının 110-dan çox aviaşirkətlə əməkdaşlıq etdiyini və 340-dan çox istiqamətə bağlantı təmin etdiyini bildirib.Uraloğlu qeyd edib ki, hava limanında hazırda 3 əsas və 2 ehtiyat olmaqla 5 uçuş-enmə zolağı fəaliyyət göstərir.

Nazirin sözlərinə görə, hava limanının 4-cü əsas uçuş-enmə zolağı sentyabrın 18-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə istifadəyə veriləcək. Bununla zolaqların ümumi sayı 6-ya çatacaq.

Yeni zolaq İstanbul Hava Limanının ilk şərq-qərb istiqamətli uçuş-enmə zolağı olacaq. Onun uzunluğu 2 820, eni isə 45 metrdir.

Uraloğlu bildirib ki, yeni zolağın istifadəyə verilməsi daxili və şərq istiqamətli reyslərdə taksi və havada qalma müddətini qısaldacaq. Bu isə yanacağa və vaxta qənaət etməyə imkan verəcək.

Nazir əlavə edib ki, yeni zolaq əlverişsiz hava şəraitində uçuşların təhlükəsizliyini və hava limanının əməliyyat imkanlarını artıracaq.

Uraloğlu xatırladıb ki, 2025-ci ilin aprelində İstanbul Hava Limanında Avropada ilk dəfə üç müstəqil paralel uçuş-enmə zolağından eyni vaxtda istifadə sisteminə başlanılıb.

Yeni zolağın istifadəyə verilməsi ilə hava limanının tutumu, səmərəliliyi və çevikliyinin daha da artacağı bildirilib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın