İsrail, Somalidən ayrılaraq müstəqilliyini elan edən Somaliland-ı rəsmi olaraq tanıyan ilk dövlət olub. Bu barədə İsrail Baş naziri Binyamin Netanyahu və Somaliland lideri Muhammed Abdullahi tanınma qərarını imzalayıblar. Netanyahu həmçinin Abdullahi-ni İsrailə rəsmi səfərə dəvət edib.
Qeyd edək ki, Somaliland 1991-ci ildə Somalidən ayrıldığını elan etsə də, uzun müddət beynəlxalq ictimaiyyət tərəfindən tanınmayıb. Türkiyənin vasitəçiliyi ilə keçirilən Ankara görüşlərində isə Somalinin ərazi bütövlüyü təsdiqlənib və Efiopiyanın dənizə çıxış tələbləri əməkdaşlıq formatında həll edilib.

Reaksiyalar:
Reklam
YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir