İsrail ordusunun məlumatına görə, hava zərbələri Livanın şərqində, Bəqəa bölgəsində yerləşən “Hizbullah” hədəflərinə endirilib. Bildirilir ki, zərbə nəticəsində təlim düşərgələri və silah anbarları məhv edilib.
Hərbi qurumun açıqlamasında vurğulanıb ki, həmin obyektlər döyüşçülərin hazırlanması üçün istifadə olunub və İsrailin təhlükəsizliyi üçün birbaşa təhdid yaradır.
Livan mənbələri isə hücumların Livanın dərinliklərində, İsrail sərhədindən təxminən 100 km məsafədə yerləşən Əl-Herməl bölgəsində də həyata keçirildiyini bildirir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin