İsmayıllı rayonunda payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) bəyan edilməsi prosesi yüksək dinamika ilə davam edir. Dekabrın 8-nə olan məlumata görə, rayon üzrə bəyannamə verilmiş əkin sahələrinin ümumi həcmi 19.021 hektara çatıb.

EKTİS-də bəyan prosesinə sentyabrın 1-dən start verilib və artıq ölkə üzrə 213.048 fermer payızlıq əkinlərini sistemdə qeydiyyatdan keçirib. Ümumi bəyan olunmuş əkin sahəsi isə 599.803 hektardır.

İsmayıllıda keçirilən məlumatlandırma sessiyası zamanı fermerlər subsidiyalaşdırma qaydaları, 2026-cı təsərrüfat ilindən tətbiq ediləcək “əkinləri dincə qoymaq subsidiyası”, aqrokimyəvi analizlər və digər mexanizmlər barədə geniş məlumat alıblar.

Rayonda 4.594 fermer artıq 10.944 parsel üzrə bəyan verib. Onlardan 9.665 parsel üzrə subsidiya üçün elektron müraciət formalaşdırılıb, 1.329 parsel üzrə isə müraciət hələ daxil edilməyib.

Fermerlər Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək alır, sənədlərini təqdim edərək EKTİS-də bəyan prosedurunu əməkdaşların köməyi ilə tamamlayırlar. Həmçinin onlara subsidiyaların ödəniş tarixləri, monitorinqlər və sığorta tələbləri haqqında da məlumat verilir.

Məlumatlandırma zamanı bildirilib ki, monitorinqlər yekunlaşdıqdan sonra 2026-cı ilin fevral ayından etibarən payızlıq əkinlər üzrə subsidiyaların ödənilməsinə başlanacaq.

Qeyd edək ki, respublika üzrə payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatacaq.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir