İslam tarixindən xəbərsiz adamlar belə şayiələr yayırlar ki, sanki din yalnız bədbinlik, guşənişinliyə çəkilmək, kədər, qəm çəkmək üçündür. Əslində isə elə deyil. İslam matəm və bədbinlik dini deyil.

Axirətə, öldükdən sonra həyata, cənnətə inamı aşılayır. Hətta Peyğəmbərin də toyu olub. Amma dini tövsiyələrə görə müsəlmanın toyu günah əməllərlə müşayiət olunmamalıdır. Yəni haram işlər, böyük günahlar olmaz. Musiqi və rəqs isə dində qadağan deyil.

Zövqünə görə kimsə estrada müğənnisi, başqası muğam dəsti, digəri saz, aşıq ifaçıları, ya da dini mahnılar, sürud, nəşid və ilahilər oxuyan qrupu dəvət edirlər. Burada əcaib, yaxud qəribə heç nə yoxdur. Kimsə qızının toyunda çılpaq müğənninin oxumasını istəmirsə, burada hansı qəbahətdən söhbət gedə bilər? Dini motivli mahnılar toyda yox, yasdamı səsləndirilməlidir?

Tural İrfan
Toyda dini, mənəvi dəyərləri, əxlaqı tərənnüm edən musiqilərin olması yaxşı haldır. Sadəcə həmin mahnıların mahiyyətində məzhəbçilik, gizli nifaq əlamətləri, xurafat, radikalizm kimi mənfi elementlərin olmamasına diqqət etmək lazımdır.

Dində toy, musiqi, rəqs və şənlik var, o, bayquşluq və bəduğurluq demək deyil. Müəyyən zamanlarda cahil, xurafatçı, savadsız mollalar, ruhanilər maddi maraqları üçün dini yas, ağlaşma, matəm ənənəsi kimi təqdim etməsi, “belə də olmalıdır” demək deyil. Amma toyu din pərdəsi altında xarici maraqların təbliğatı alətinə çevirmək də ən azı mənəvi cinayətdir. Xalqımızın ənənələri ilə ayaqlaşmaq lazımdır. Başqa ölkələrin din, toy və yas modelini tətbiq etməyə ehtiyac yoxdur.

Tural İrfan
İlahiyyatçı

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir