Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) əməkdaşlığı çərçivəsində peşə kursları davam edir.

Bu əməkdaşlıq çərçivəsində “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” üzrə növbəti kursa 48 yeni müdavim cəlb olunub. Kurs iştirakçıları üçün ANAMA tərəfindən “Humanitar Minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” təlimləri də keçirilib.

Kurs zamanı müdavimlər texniki standartlar və təhlükəsizlik, ilkin yardım, zərərçəkmişin təxliyəsi, təhlükənin idarə olunması və texniki təhlükəsizlik qaydaları üzrə biliklər əldə edirlər.

Beləliklə, ANAMA və Dövlət Məşğulluq Agentliyinin birgə təşkil etdiyi kurslara cəlb edilmiş iştirakçıların sayı 291-ə çatıb. Kursları bitirən şəxslər artıq işğaldan azad olunmuş ərazilərdə humanitar minatəmizləmə əməliyyatlarında iştirak edərək, ərazilərin mina və digər partlayıcı sursatlardan təmizlənməsinə töhfə verirlər.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir