İran Ali liderinin baş müşaviri Əli Əkbər Vilayəti son açıqlamasında bildirib ki, “ABŞ-nın nəzarətində Ermənistan ərazisində dəhliz yaradılmasının qarşısını Rusiyanın köməyi olsun, ya olmasın, alacaq. Azərbaycanla Naxçıvan arasında dəhlizə ehtiyac olmadan keçid yaradıla bilər. Cənubi Qafqaz Trampın icarəyə verə biləcəyi daşınmaz əmlak deyil. Lazım gələrsə, bura ABŞ muzdluları üçün qəbiristana çevriləcək”.
Bu təhdid dolu sözlər bir daha göstərir ki, İran hələ də Azərbaycanın uğurlarını həzm edə bilmir və regionda yaranan yeni reallıqlara qarşı çıxır.
Azərbaycan artıq öz yolunu seçib və keçmişdə olduğu kimi indi də onu xarici qüvvələr idarə edə bilməyəcək. Vaşinqtonda əldə olunan razılaşma Azərbaycanın haqqı, gücü və milli iradəsinin ifadəsidir. Naxçıvanı birləşdirən yeni tranzit yol ölkəmizin strateji inkişafını təmin edir və heç bir qüvvə bu yoldan bizi döndərə bilməz.
İran bilməlidir ki, bu kimi təhdidlər Azərbaycanı dayandırmayacaq, əksinə, milli bizim birliyimizi və güclü iradəmizi daha da möhkəmləndirəcək. Biz haqqımızı, torpaqlarımızı və yolumuzu qorumaqda qətiyyətliyik və bundan sonra da bu belə olacaq.
Tural Qoca
Yenifikir.media
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin