Suriyanın keçid dövrü Prezidenti Əhməd Şaraa BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri zamanı CBS-ə müsahibə verib. O, Suriyada sabitliyin yalnız ölkəsi üçün deyil, bütün dünya üçün vacib olduğunu bildirib.
Yenifikir media xəbər verir ki, Şaraa ABŞ Prezidenti Donald Trampın sanksiyaları ləğv etməsini “sürətli, cəsarətli və tarixi” addım adlandırıb. Onun sözlərinə görə, suriyalı qaçqınlar artıq evlərinə qayıda bilərlər.
Şaraa ABŞ-ı münasibətləri normallaşdırmağa çağırıb və ölkəsinin həm DEAŞ-la mübarizə apardığını, həm də “İran silahlı dəstələrini və Hizbullahı bölgədən çıxardığını” vurğulayıb.
O, beynəlxalq ictimaiyyəti mülki əhalini qorumaqda və mühasirələri aradan qaldırmaqda uğursuzluqda günahlandıraraq bildirib ki, sanksiyaların davam etməsi xalqın əzablarını daha da artıracaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin