İranın xarici işlər naziri Abbas Əraqçi ilə Səudiyyə Ərəbistanının xarici işlər naziri Faysal bin Fərhan arasında telefon danışığı baş tutub.Yenifikir.media bildirir ki, tərəflər iki ölkə arasındakı münasibətləri, bölgədəki vəziyyəti və Yəməndə baş verən hadisələri müzakirə edib. Abbas Əraqçi Yəmənin cənubundakı hadisələri, ölkənin ərazi bütövlüyünün qorunmasının vacib olduğunu bildirib. O, həmçinin İsrailin Livana hücumlarını pisləyib və beynəlxalq ictimaiyyəti bu hücumların dayandırılması üçün addım atmağa çağırıb. Faysal bin Fərhan isə bölgədə sülhün qorunması üçün əməkdaşlığın artırılmasının vacib olduğunu deyib və İsrailin məsuliyyət daşımalı olduğunu vurğulayıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

