Pezeşkianın Zəncana səfəri zamanı verdiyi açıqlamalar – “Əgər iki qonşu ölkə arasında əlaqələr qurulmasa, məsuliyyət İran tərəfinin üzərinə düşür, rabitə qurulmazsa, deməli, günah bizdədir” deməsi  İranda birmənalı qarşılanmayıb. Bunun nəticəsi olaraq, Pezeşkianın əleyhinə məqalələr və çıxışlar gündəmin əsas mövzusuna çevrilib.

Yenifikir.media-nın “Pezeşkianın əleyhinə yazılan yazılar Azərbaycan-İran münasibətlərinə təsir göstərə bilərmi?” sualına cavab olaraq tanınmış siyasi ekspert Abutalıb Səmədov bildirib ki, İran konstitusiyasına görə, dövlətin başçısı dini liderdir və əksər məsələlərdə dini liderlə prezidentin mövqeyi üst-üstə düşür.

Ekspert vurğulayıb ki, sevindirici haldır ki, Azərbaycana münasibətdə və xüsusilə Zəngəzur dəhlizinə dair mövqelər fərqlidir. Prezident Pezeşkiyan Azərbaycan-İran münasibətlərində mövcud soyuqluğu İranın günahı kimi qiymətləndirib.

Abutalıb Səmədov əlavə edib ki, 30 ildən artıq davam edən Ermənistan işğalı dövründə İran heç vaxt kəskin mövqe tutmayıb və Azərbaycan torpaqlarının geri qaytarılması üçün qəti addım atmayıb. Ancaq söhbət Ermənistan ərazisindən gedəndə, İran bunu özünün qırmızı xətti hesab edib. Bu isə Azərbaycan-İran münasibətlərinə mənfi təsir göstərib.

Siyasi şərhçi qeyd edib ki, ABŞ-ın yaxın günlərdə imzaladığı mühüm sənədlər, xüsusilə Zəngəzur dəhlizi ilə bağlı məsələlər Azərbaycanda böyük maraq doğurur. Dini liderin müşaviri və keçmiş xarici işlər naziri Əli Əkbər Vilayəti çıxış edərək bildirib ki, Azərbaycana əlavə dəhliz lazım deyil; İran ərazisindən keçib Naxçıvana və əks istiqamətdə hərəkət etmək mümkündür.

Abutalıb Səmədov deyib ki, dini liderə yaxın digər şəxslərin mövqeyinə baxmayaraq, Pezeşkiyan konstruktiv mövqe nümayiş etdirib. Azərbaycan prezidenti son müsahibəsində qeyd edib ki, hansısa müşavirin fikri bizim üçün əsas deyil; əsas olan prezidentin və xarici işlər nazirinin mövqeyidir.

Eksert daha sonra qeyd edib ki, bu, sevindirici haldır, çünki Pezeşkiyanın Azərbaycana səfəri uğurlu keçib. Lakin Pezeşkiyanın əleyhdarlarının mövcudluğu da diqqətdən qaçmır. Əgər o, hakimiyyətdən uzaqlaşdırılsa və ya istefa verməyə məcbur olunsa, Azərbaycan-İran münasibətləri pisləşə bilər.

Abutalıb Səmədov əlavə edib ki, Pezeşkiyan və ondan əvvəlki prezident Rəisi Azərbaycanla münasibətlərə böyük önəm verirdilər. Onlar bu münasibətlərin yaxşı olması üçün addımlar atırdılar. Təəssüf ki, Rəisi Azərbaycan prezidenti ilə görüşdən sonra qəzaya uğradı, Pezeşkiyana isə mane olmaq üçün əllərindən gələni edirlər.

Ekspertin fikrincə, bütün bu cəhdlər nəticəsiz qalacaq və Azərbaycan-İran münasibətləri bundan sonra da yaxşılaşmaq da davam edəcək.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir