İqtisadiyyat naziri Mikayıl Cabbarov dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə fərdi görüşlər keçirib. Görüşlərdə müsabiqə qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayevin Mentorluq proqramı çərçivəsində keçdikləri inkişaf yolu və əldə etdikləri nəticələr diqqət mərkəzində olub.
Müzakirələr zamanı gənclərin fərdi və peşəkar bacarıqlarının inkişafı, müsabiqənin onların karyera perspektivlərinə verdiyi töhfələr, eləcə də açılan yeni imkanlar ətrafında fikir mübadiləsi aparılıb. Nazir, “Yüksəliş” müsabiqəsinin istedadlı gənclərin potensialının üzə çıxarılması və peşəkar mühitə inteqrasiyası baxımından əhəmiyyətini vurğulayıb.Qaliblər isə proqram müddətində keçirilən görüşlərin, mentorluq sessiyalarının və iqtisadiyyatın müxtəlif sahələri üzrə aparılan müzakirələrin onların dünyagörüşünə və peşəkar inkişafına ciddi təsir göstərdiyini bildiriblər. Görüşlərdə gənclərin sualları cavablandırılıb, qazandıqları bilik və təcrübələr barədə geniş fikir mübadiləsi aparılıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

