Bu gün İqtisadi Şuranın növbəti iclası keçirilib.

Yenifikir.media xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasda “2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin proqnozları”nın hazırlanması üçün mühüm əhəmiyyət kəsb edən büdcə-vergi siyasəti, “Azərbaycan Respublikasının Vergi Məcəlləsi”nə ediləcək dəyişikliklər və cari iqtisadi məsələlər müzakirə olunub.

Gündəlikdə olan məsələlər üzrə maliyyə naziri Sahil Babayevin, iqtisadiyyat naziri Mikayıl Cabbarovun və əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin təklifləri dinlənilib və İqtisadi Şuranın üzvləri tərəfindən müzakirələr aparılıb.

İclasın yekununda İqtisadi Şuranın üzvlərinin rəy və təklifləri nəzərə alınmaqla aidiyyəti dövlət orqanlarına müvafiq tapşırıqlar verilib.



Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir