İngiltərə və Aİ Əhməd Şaraya sanksiyaları ləğv etdi
İngiltərə və Avropa İttifaqı Suriya Prezidenti Əhməd Şaraya qarşı bütün sanksiyaları aradan qaldırdı.
Yenifikir.media bildirir ki, qərar BMT Təhlükəsizlik Şurasının Şara və daxili işlər naziri Ənəs Həttaba sanksiyaları ləğv etməsindən sonra verilib.
Qeyd edək ki, Əhməd Şara 10 noyabrda ABŞ Prezidenti Donald Tramp ilə Ağ Evdə görüşəcək. Almaniya kansleri Fridrix Mers isə onu deportasiya məsələlərini müzakirə etmək üçün Berlində görüşə dəvət edib.
Bu, 1946-cı ildən bəri Suriya liderinin ABŞ-a ilk rəsmi səfəri olacaq.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

