Rusiyanın Penza şəhərində təlim toplanışında olan indoneziyalı gimnast aldığı ağır boyun xəsarətindən xəstəxanada dünyasını dəyişib.
Yenifikir.media bildirir ki, gimnast bir həftə əvvəl turnikdə hərəkət zamanı uğursuz şəkildə porolonlu çuxura yıxılmış və boynu sınmışdı. Həkimlərin səylərinə baxmayaraq, idmançı çərşənbə günü axşam saat 10 radələrində vəfat edib.
Penza İdman Sarayının direktoru Oleg Minkarski bildirib ki, hazırda İndoneziya səfirliyi və federasiyalarla əlaqə saxlanılır, cənazənin vətənə nə vaxt göndəriləcəyi isə hələlik məlum deyil.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin