Xəbər verdiyimiz kimi, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Yevgeniya Qutsul 2023-cü il seçki kampaniyasının qanunsuz maliyyələşdirilməsi işi üzrə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.

Bu gün Qaqauziya Parlamenti onun həbsi ilə bağlı qətnamə qəbul edib. Deputatlar prezidium və icra komitəsi üzvlərindən ibarət birgə komissiyanın yaradılmasına qərar veriblər. Komissiya mövcud ictimai-siyasi vəziyyətlə bağlı sənəd hazırlayacaq.

Qutsulun səlahiyyətlərini icra edən İlya Uzun Moldova hakimiyyətinə tabe olmamağa çağırıb.

Qeyd edək ki, vəkil Natalya Bayramın sözlərinə görə, hökm qüvvəyə minənədək Yevgeniya Qutsul ağır şəraitli təcridxanada saxlanılacaq.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir