Amerikalı milyarder, “SpaceX” və “Tesla” şirkətlərinin qurucusu İlon Mask “Wikipedia”ya rəqib kimi hazırladığı “Grokipedia”nın ilk beta versiyasının iki həftəyə istifadəyə veriləcəyini açıqlayıb.
Yenifikir.media xəbər verir ki,Mask “X” hesabında yazıb ki, platforma “insanlar və süni intellekt üçün ən doğru məlumat mənbəyi” olmağı hədəfləyir.
“Grokipedia” Maskın “Grok” adlı süni intellekti vasitəsilə “Wikipedia” kimi mənbələri analiz edəcək və yanlış məlumatları düzəldəcək.
Mask bildirib ki, layihə “yalnız həqiqət üçün yaradılıb” və “Wikipedia”ya nisbətən daha etibarlı olacaq.
Qeyd edək ki , İlon Mask 2022- ci il “X” sosial şəbəkəsini 44 milyard dollara alıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

