İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) nümayəndə heyəti “Vergitutma bazasının aşınması və mənfəətin süni şəkildə köçürülməsi (BEPS) layihəsi üzrə giriş proqramı və transfer qiymətlərinin tətbiqi” mövzusunda təlimlər keçirmək məqsədilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində olub.

Tədbirin əsas məqsədi transfer qiymətləri üzrə siyasət və inzibatçılıq sahəsində Dövlət Vergi Xidməti əməkdaşlarının peşəkar potensialını artırmaq və İƏİT ilə əməkdaşlığı inkişaf etdirməkdir. Səfər çərçivəsində Mərkəzi Aparat, Tədris Mərkəzi, Milli Gəlirlər Baş İdarəsi və Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin əməkdaşları üçün geniş proqramlı təlimlər təşkil edilib.

Həmçinin, Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin rəhbərliyi ilə qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir