Xəbər verdiyimiz kimi, bu gün İdrak liseyində şagirdin müəllimi güllələməsi faktı qeydə alınıb. İlkin məlumata görə, hadisə zamanı müəllim müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, faktın təfərrüatları dəqiqləşdirilir. Sosial şəbəkələrdə isə adıçəkilən məktəbin şagirdinin məktəb binasına daxil olduğu anları əks etdirən görüntülər yayılıb.
Yenifikir.media-nın məlumatına görə, güllələnən müəllim əməliyyat olunub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Bu barədə APA-nın sorğusuna cavab olaraq KTM-in Mətbuat xidmətindən bildirilib. Məlumata əsasən, aparılmış diaqnostik radioloji müayinələr zamanı müəllimin boyun nahiyəsində çoxsaylı yad cisimlər aşkarlanıb. Xəstə dərhal cərrahi əməliyyata alınıb və əməliyyat fəsadsız başa çatıb.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

