Prezident seçildiyi ilk vaxtlardan cənab İlham Əliyev gənclərin sağlamlığına, təlim-tərbiyəsinə hər zaman böyük diqqət ayırır. Gələcək nəsillərimizin sağlam böyüməsinə, eləcə də dünya idman arenalarında idmançılarımızın Azərbaycan bayrağını yüksəkliklərə qaldırması məqsədi ilə ölkəmizin demək olar ki, bütün regionlarında Olimpiya idman kompleksləri inşa edilib və bu işlər davam etdirilir. Ölkə başçımız mötəbər idman yarışlarında yüksək nəticələr əldə etmiş idmançılarla görüşür və onlar dövlət tərəfindən mükafatlandırılır. Prezident cənab İlham Əliyev dekabrın 26-da 2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə ölkəmizin idman ictimaiyyəti ilə növbəti dəfə görüş keçirtdi və idmançılarımızın nailiyyətlər qazandığını, dövlətimizin idmana və idmançılara böyük diqqət və qayğı göstərdiyini qeyd etdi. Azərbaycan idmançıları dövlət başçımızın onlara göstərdiyi bu diqqətə beynəlxalq yarışlarda yüksək nəticələr qazanmaqla etimadı doğruldurlar. 2025-ci ildə idmançılarımız beynəlxalq yarışlarda 2 mindən çox medal qazanmışlar ki, bunun da 600-dən çoxu qızıl medal olub. Bu ötən illərin ən böyük rekord göstəricisidir.
Tədbirdə ölkə başçımız Azərbaycan idmanının inkişaf etdirilməsində göstərdiyi xidmətlərə görə, eləcə də beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılarımıza mənzillər hədiyyə etdi, bir qisim idmançılarımızı isə medallarla təltif etdi. Prezident cənab İlham Əliyev ölkəmizdə idmanın inkişaf etdirilməsi, peşəkar idmançıların yetişməsi və yüksək nailiyyətlər qazanması uçün böyük idman infrastrukturları yaratmaqla yanaşı, idmançılarımızın məişət-sosial məsələlərini də hər zaman diqqətdə saxlayır.
Ölkə başçımızın Azərbaycanda idmanın inkişafının dövlət siyasəti olduğunu vurğulaması sübut edir ki, Azərbaycanda idmana böyük dövlət dəstəyi var. Gənclərimizin sağlam böyüməsi, vətənpərvər ruhda tərbiyə edilməsi, Vətəni, dövləti sevməsi ölkəmizin gələcək inkişafına zəmin yaradır. Müasir gənclərimizin igid, cəsur olmaqları ilə yanaşı, həm də vətənpərvər olmalarının Vətən müharibəsində bütün xalqımız şahidi oldu.
Artıq 5 ildir ki, idmançılarımız beynəlxalq yarışlara qalib dövlətin nümayəndələri kimi qürur hissi ilə çıxırlar. Qazandığımız Zəfər şübhəsiz ki, idmançılarımıza da böyük stimul verir.
Son illər ölkəmiz dünyanın ən mötəbər və nüfuzlu beynəlxalq yarışlarına ev sahibliyi edir. Bu il ilk dəfə olaraq Azərbaycanda 3-cü MDB oyunları keçirildi. Bu idman yarışının paytaxtımız Bakıda deyil, regionlarımızda, xüsusən Xankəndində də keçirilməsi qürurverici idi. Xarici qonaqlar və idmançılar regionlarımızda idman infrastrukturlarını çox yüksək qiymətləndirdiıər və yarışın çox yüksək səviyyədə təşkil olunduğunu xüsusi vurğuladılar.
Bütün dünyanın maraqla izlədiyi “Formula-1” yarışlarının Azərbaycanda keçirilməsini xüsusi vurğulamaq lazımdır. Bu idman yarışının dünyada 100 milyonlarla izləyicisi var. Sevindirici haldır ki, bu yarışı izləmək üçün Bakıya gələn idman azarkeşlərinin sayı hər il artmaqdadır. Bu cür yarışların Azərbaycanda keçirilməsi həm Azərbaycanı dünyaya tanıdır, həm də ölkəmizə turist axınını artırır.
Bütün bunlar onu deməyə əsas verir ki, beynəlxalq idman təşkilatları Azərbaycanda idmanın inkişafına böyük qiymət verir. Bu cür yarışların keçirilməsi üçün Azərbaycanda ən müasir idman komplekslərinin olması da əsas amillərdən biridir. 2025-ci ildə ölkəmiz idman sahəsində daha bir uğura imza atdı. Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir. Bu Azərbaycan dövlətinin böyük nailiyyətidir.

Kamilə Əliyeva
Bakı Dövlət Universitetinin kafedra müdiri, professor

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir