Türkiyə Böyük Millət Məclisi 13 noyabrda keçirilməsi planlaşdırılan Milli Həmrəylik, Qardaşlıq və Demokratiya Komissiyasının iclasının təyyarə qəzası səbəbindən təxirə salındığını açıqlayıb.
Yenifikir.media bildirir ki,Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycandan Türkiyəyə uçan C-130 tipli hərbi təyyarə Gürcüstan ərazisində qəzaya uğrayıb. Təyyarədə 20 hərbçi olub. Axtarış-xilasetmə işləri davam edir.
TBMM hadisə ilə bağlı bəyanatında şəhid olanlara Allahdan rəhmət, ailələrinə səbir, Türk Ordusuna və xalqa başsağlığı diləyib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

