Azərbaycan xalqı qonaqpərvərliyi ilə tanınır. Bu torpaqda qapılar hər zaman açıq olub, gələn qonağa süfrə açılıb, hörmət göstərilib. Amma hər şeyin bir həddi var. Qonaqpərvərlik heç vaxt milli dəyərlərimizin, heysiyyətimizin, şəhidlərimizin xatirəsinin üzərində dayana bilməz.

Son günlər ərəb turistlərdən birinin etdiyi hərəkət hamımızı narahat etdi. Şəhidlərimizin uyuduğu müqəddəs məkan qarşısında edilən hörmətsizlik nə qonaqlığa, nə insafa, nə də vicdana yaraşır. Bu, təkcə bir məzara deyil, bütün Azərbaycan xalqının qüruruna edilmiş bir sayğısızlıqdır. Şəhid məzarı müqəddəsdir və orada edilmiş hər söz, hər addım ölçülü olmalıdır.

Təəssüf ki, ərəb turistlərin bir qismi ölkəmizdə davranış qaydalarını pozur: qadınlarımıza sataşır, ictimai yerlərdə ədəbsiz hərəkətlər göstərir, küçələrdə yolverilməz davranış sərgiləyir. Puluna güvənərək istədiyini etmək düşüncəsi nə mədəniyyətimizə, nə də qanunlarımıza sığır.

Bizim xalqın dəyəri, ən böyük sərvəti qürurdur. Bu qüruru heç kim satın ala bilməz. Qonaqpərvərliyimiz var, amma bu kiməsə hörmətsizlik etmək haqqı vermir. Əsl qonaq ev sahibinə hörmət edən, onun dəyərlərinə sayğı göstərən insandır. Əks halda nə qədər pulu olsa da, onun davranışı yalnız və yalnız tərbiyəsizlik kimi qiymətləndirilir.

Azərbaycan xalqı həmişə alicənab olub, həmişə qonağa hörmət edib. Amma unutmayaq: hörmətsizliyin adı yoxdur. Şəhid məzarında edilən iyrənc hərəkət, qadınlarımıza yönələn sataşmalar və ictimai yerlərdə sərgilənən ədəbsizliklər bağışlanacaq səhvlər deyil.

Biz qonaqpərvər olsaq da, heysiyyətimiz hər şeydən üstündür.

Tural Qoca

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir