Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda keçirilən “Fənərbaxçə” (Türkiyə) – “Ştutqart” (Almaniya) oyunundan sonra Almaniya təmsilçisinin baş məşqçisi Sebastyan Hönes açıqlama verib.
Hönes 1:0 hesablı məğlubiyyətdən sonra deyib:
“İstanbulda Fənərbaxçaya qarşı oynamaq çox çətindir. Uduzduğumuz üçün məyusuq, amma komanda yaxşı oynadı və sona qədər mübarizə apardı. Bəzi epizodlarda oyunu xeyrimizə dəyişmək imkanımız vardı. Fənərbaxçaya verilən penalti qərarı düzgündür, lakin bizim penalti epizodumuzda da açıq təmas var idi. Buna baxmayaraq, VAR qərarı ləğv etdi.
Atmosfer çox təsirli idi və bu, oyuna da əks olundu. Fənərbaxçə həm komandası, həm də azarkeşləri ilə oyunu daha yaxşı idarə etdi. Biz bu qarşılaşmadan nəticə çıxarmalıyıq. Son dəqiqələrdə daha çox hücum edə bilərdik.”
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

