ABŞ Prezidenti Donald Tramp, narkotik qaçaqçılarına yardım ittihamı ilə 45 il həbsə məhkum edilən Hondurasın keçmiş Prezidenti Juan Orlando Hernandezi əfv edərək azad edib.
2022-ci ildə vəzifədən getdikdən sonra ABŞ-ın tələbi ilə saxlanılan Hernandez həbs boyunca özünü günahsız adlandırıb, ittihamları ona qarşı qurulan intiqam addımı kimi qiymətləndiririb. Yenifikir.media bildirir ki, eks prezidentin həyat yoldaşı Ana Qarsiya sosial şəbəkədə Trampa təşəkkür edərək Hernandezın dörd ildən sonra azadlığa çıxdığını bildirib.
Tramp isə əfv qərarını “Honduras xalqının xahişi və ona qarşı qurulan komplo” ilə izah edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

