Qalatasarayın sabiq hücumçusu və hazırda futbol şərhçisi olan Hasan Şaş, Ayntraxt Frankfurt–Qalatasaray oyununu şərh edib. O, sarı-qırmızılıların ulduzu Leroy Saneni sərt tənqid edib: “Leroy Sane, qardaşım, hansı oyunu oynayacaqsan? Sənə 5-6 fərdi keçid və rahat qol imkanları yarandı, amma heç birini dəyərləndirmədin. Biz Leroy Saneni başqa cür təsəvvür edirdik, yoxsa Qalatasaraya başqa oyunçu gəlib? Topları itirdin, ara pasları və zərbələri düzgün istifadə etmədin. Sən bütün oyunun ritmini pozdun. Belə oyun qəbul ediləsi deyil. Hələ də bu oyunu həzm edə bilmirəm.”
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

