Dünya şöhrətli futbolçu Lionel Messinin şəxsi mühafizəçisi, Marakeş əsilli Yassine Cheuko demək olar ki, Messi qədər məşhurdur.

Yenifikir.media bildir ki, Fransada kasıb bir ailədə doğulan Yassine erkən yaşlarından idmanla məşğul olub. Messiylə tanışlığı futbolçunun “Paris Saint-Germain” də oynadığı dövrlərə təsadüf edir. Uzun illərdir Messinin şəxsi mühafizəçisi olan Cheuko həmçinin “Voclain” adlı şəxsi geyim brendinə sahibdir və hal-hazırda Amerikada mühafizəçi kimi fəaliyyətini davam etdirir.

Mətbuatda yayılan məlumatlarda qeyd olunur ki, Yassine Cheuko bir vaxtlar özünü İraq və Əfqanıstanda döyüşmüş hərbçi kimi təqdim etsə də, sonradan bu məlumatların doğru olmadığı üzə çıxıb.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir