Azərbaycanda məhkəmə sisteminin təkmilləşdirilməsi, ədalət mühakiməsinin keyfiyyətinin artırılması istiqamətində son illərdə yeni addımlar atılır. Atılan addımlar həm praktiki müstəvidə, həm də qanunvericilikdə zəruri dəyişikliklərə yol açır.

Yenifikir.media xəbər verir ki, yeniliklərdən biri də hakimlərin seçim prosedurunun təkmilləşdirilməsidir.

Əvvəllər hakim vəzifəsinə namizədlərin seçilməsi çoxsaylı əlavə elementlərlə müşayiət olunan mürəkkəb bir proses idi. Lakin indi bu proses sadələşdirilib və sürətləndirilib.

Hazırda hakim vəzifəsinə namizədlər test imtahanı, yazılı imtahan və müsabiqə nəticəsində seçilirlər. Yəni əvvəlki təcrübədə mövcud olan 6 mərhələli yorucu və vaxt itkisinə səbəb olan seçim proseduru indi cəmi 3 mərhələyə endirilib.

Eyni zamanda, hazırkı çevik prosedurlara görə, ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslər təyinatdan dərhal sonra təlimə cəlb edilirlər. Halbuki, əvvəllər təyinatdan öncə uzunmüddətli tədris kurslarında iştirak etməli idilər.

Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, hakimliyə namizədlər imtahanlarda yığdıqları balların cəminə görə sıralanır və artıq ərazi üzrə işləmək istədikləri məhkəmələri özləri seçirlər. Bu isə onu göstərir ki, artıq hakim seçimi daha ədalətli və şəffaf qaydalarla aparılır.

Mühüm yeniliklərdən biri kimi, həm də hakim vəzifəsinə namizədlər üçün 30 yaş məhdudiyyəti ilə bağlı məhdudiyyətin ləğvini qeyd etmək yerinə düşər. Artıq yeni qanunla ali hüquq təhsilli, hüquqşünas ixtisası üzrə 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola bilərlər.

Nəticə etibarilə, görünən odur ki, həyata keçirilən bütün bu tədbirlər hüquq peşəsinin ən ali zirvəsi olan hakimliyə gedən yolu asanlaşdırmaqla bu məqsədə çatmaq üçün real imkanlar yaradacaq.

Bu dəyişikliklər hakim korpusunun daha çevik. komplektləşdirilməsinə də müsbət təsir edəcək.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir