Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rumıniyanın xarici işlər naziri Oana Toyu Ankarada Xarici İşlər Nazirliyində rəsmi görüş keçiriblər.Yenifikir.media bildirir ki, görüşdə iki ölkə arasındakı münasibətlər, Avropa İttifaqı məsələləri, Qara dənizdə təhlükəsizlik və regional əməkdaşlıq müzakirə olunub.

Oana Toyu, Türkiyənin Avropa İttifaqına tam üzvlüyünün Qara dənizdə sabitliyin qorunması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdən sonra Oana Toyu Hakan Fidana Rumıniyalı futbolçu Haginin imzası olan top hədiyyə edib.

Hakan Fidan isə Rumıniyanın Türkiyənin Aİ-yə üzvlük prosesinə verdiyi dəstəyi yüksək qiymətləndirib və Gömrük Birliyinin yenilənməsi, eləcə də viza azadlığı danışıqlarının bərpasının vacibliyini qeyd edib. Nazir həmçinin Türkiyənin Avropanın təhlükəsizlik mexanizmlərində aktiv iştirakının önəmini vurğulayaraq, bu istiqamətdə Rumıniyanın dəstəyinə güvəndiyini bildirib.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir