Türkiyənin xarici işlər naziri Hakan Fidan Misir, Səudiyyə Ərəbistanı və İordaniyanın xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Yenifikir.media bildirir ki, telefon danışıqlarında Somali ətrafında baş verən proseslər və Qəzzadakı son vəziyyət müzakirə olunub. Türkiyə Xarici İşlər Nazirliyinin məlumatına görə, Hakan Fidan Misirin XİN rəhbəri Bedr Abdulati, Səudiyyə Ərəbistanının XİN rəhbəri Faysal bin Fərhan və İordaniyanın XİN rəhbəri Eymen əs-Safedi ilə əlaqə saxlayıb. Nazir Hakan Fidan həmçinin ABŞ-ın Afrika üzrə baş müşaviri Massad Bulosla telefon danışığında Somali ilə bağlı məsələləri dəyərləndirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

