Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Portuqaliyaya səfəri zamanı Portuqaliya radiosuna müsahibə verib. Nazir müsahibəsində
bildirib ki, Türkiyənin dinamik iqtisadiyyatı, gənc əhalisi və strateji mövqeyi Avropa İttifaqı ilə əməkdaşlıq üçün tarixi imkan yaradır.Türkiyənin Portuqaliya ilə ticarət dövriyyəsi 3,5 milyard dolları keçib, turizm və müdafiə sahəsində əməkdaşlıq davam edir. Nazir həmçinin vurğulayıb ki, Türkiyə bölgədə sabitliyi qoruyur, münaqişələrdən kənardadır və terrorizmlə mübarizə aparır. Qəzzədə humanitar yardım üçün İsrailə təzyiq göstərilməsinin vacib olduğunu bildirib. Nazir müsahibəsində Ukrayna-Rusiya münaqişəsində Türkiyənin barış üçün tərəfləri bir araya gətirdiyini əlavə edib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin


