Türkiyənin xarici işlər naziri Hakan Fidan Suriyada 14 il davam edən müharibənin başa çatması və 61 illik Bəşər Əsəd rejiminin devrilməsinin birinci ildönümü ilə bağlı açıqlama yayıb. O, Suriya xalqının azadlıq mübarizəsini xatırladaraq, “Bu şərəfli mübarizənin yükünü daşımaqdan qürur duyduq” sözləri ilə Türkiyənin proses boyunca göstərdiyi dəstəyi vurğulayıb.Yenifikir.media bildirir ki, Hakan Fidan, suriyalıların azadlıq uğrunda yaşadıqları acıları, itirilmiş həyatların xatirəsini unutmamağın vacibliyini də qeyd edib. Nazir əlavə edib ki, Suriya xalqı illərlə zülmə qarşı mübarizə apardı və Türkiyə bu çətin yolda həmişə onların yanında oldu.O, Suriyanın artıq yenidən qurulma mərhələsinə qədəm qoyduğunu, qarşıdakı dönəmdə ölkəni daha yaxşı günlərin gözlədiyinə inandığını bildirib.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

