Mövsümə uğursuz başlayan Türkiyənin “Eyüpspor” klubu baş məşqçi Selçuk Şahin ilə yollarını ayırdıqdan sonra yeni baş məşqçi axtarışlarını davam etdirir. Komanda üçün ən real namizəd “Başakşehir”dən ayrılan Çağdaş Atan və “Qalatasaray”ın sabiq ulduz futbolçusu və baş məşqçisi George Hagi də yer alır.
Qeyd edək ki, George Hagi son olaraq “FC Viitorul”u çalışdırıb. O, həmçinin “Qalatasaray”da iki dəfə, “Bursaspor”da bir dəfə baş məşqçi kimi fəaliyyət göstərib. Həmçinin “Steaua București” və “Poli Timișoara” klublarında da çalışıb.
Əgər Hagi “Eyüpspor”un baş məşqçisi olarsa, “Alanyaspor”da oynayan oğlu Ianis Hagi ilə qarşılaşmalarda rəqib olacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin