Dünən Vaşinqtonda ABŞ prezidenti Donald Tramp, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutan görüş dünya mətbuatında geniş müzakirələrə səbəb olub. Görüşün nəticələri və tarixi əhəmiyyəti barədə yalnız Azərbaycan mətbuatı deyil, həm də dünyanın aparıcı KİV-ləri silsilə məqalələr dərc edir. Bir çox dövlət və hökumət nümayəndələri prezident İlham Əliyevə təbrik mesajları ünvanlayır.

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev də Yenifikir.media saytına açıqlamasında görüşün tarixi önəmini vurğulayıb.

Onun sözlərinə görə, Vaşinqton görüşü tarixdə çox nadir rast gəlinən hadisələrdən biridir:

“Cənab Prezident bu görüşlə bir daha bütün dünyaya sübut etdi ki, o, əvəzedilməz bir liderdir. Mən xoşbəxtəm ki, ömrümün 30 ildən çoxunu cənab Prezidentin siyasətini dəstəkləməyə həsr etmişəm. Onun dörd dəfə prezidentliyə namizədliyini müdafiə etmiş, o illərdə yolumuzdakı maneələrin aradan qaldırılmasında xüsusi xidmət göstərmişəm. Azərbaycanın bu gün belə bir prezidentə sahib olmasında mənim də müəyyən payım var və buna görə özümə minnətdarlıq hissi duyuram. Həmişə Azərbaycan xalqını düşünmüş, dövlətimizin gələcəyinin uğurlu inkişafı üçün yeganə möhkəm dayağın İlham Əliyev olduğuna inanmışam.”

Hafiz Hacıyev bildirib ki, Vaşinqton görüşü böyük tarixi hadisələrlə yadda qalıb:

“Orada imzalanan sülh müqaviləsi, 907-ci düzəlişin aradan qaldırılması, yeni komissiyanın yaradılması, Azərbaycan–Amerika münasibətlərinin yeni mərhələyə qədəm qoyması, investisiyaların təşviqi, iqtisadiyyatın inkişafı və regional məsələlərdə ABŞ-la birgə fəaliyyət haqqında qərarlar olduqca mühüm və qüdrətli addımlardır. Bu münasibətlə cənab Prezidentimizi təbrik edirəm və fəxr edirəm ki, Müasir Müsavat Partiyasının 30 ildir ideoloji dayağı olan bir şəxs bu cür misilsiz hadisələrə imza atdı. O, tarixdə sübut etdi ki, Azərbaycanda da millətini bütün fəlakətlərdən xilas edən və ölkəni uğurla inkişaf etdirən liderlər yetişir.”

Partiya sədri əlavə edib ki, bu uğurlu siyasətin və Vaşinqton görüşünün təbliği üçün tədbirlər davam edir:

“Partiyamızın 100 min üzvü adından bildirirəm ki, dünən və bu gün keçirilən tədbirlərdə, həmçinin bütün strukturlara verilən tapşırıqlar vasitəsilə görüşün əhəmiyyəti sadə vətəndaşlar arasında geniş yayılır. İsti hava və yay mövsümünə baxmayaraq, harada olmalarından asılı olmayaraq üzvlərimizə yaşadıqları ərazilərdə bu uğurlu siyasəti təbliğ etmək tapşırılıb. Azərbaycan xalqının gözü aydın olsun ki, 30 ildən artıq bir müddətdə ermənilərin Rusiyanın dəstəyi ilə bizə yaşatdığı zülm geridə qaldı. Bu gündən sonra inkişafımız daha da uğurlu olacaqdır.”

Yenfikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir