Abş-ın Maliyyə naziri Skott Bessent bildirib ki, Prezident Donald Trampın “adam başına 2000 dollarlıq dividend” vədi birbaşa pul şəklində deyil, vergi endirimi kimi həyata keçirilə bilər.
Yenifikir.media bildirir ki, Bessent ABC kanalına açıqlamasında deyib ki, bu məbləğ bəxşişlərdən, artıq iş saatlarından və sosial təminat gəlirlərindən vergi tutulmaması və ya avtomobil kreditlərində vergi endirimi formasında tətbiq oluna bilər.
Tramp isə tariflərin “ədalətli ticarət üçün vacib” olduğunu bildirib. O, Ali Məhkəmənin tarifləri ləğv etməsinin “ölkə üçün fəlakət” olacağını deyib.
Qeyd edək ki,Tramp administrasiyası apreldən etibarən idxal mallarına 10–50 faiz arasında vergi tətbiq edir. Bessentə görə, bu addım ABŞ-a trilyonlarla dollar gəlir gətirə bilər.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

