2 avqust ölkəmizdə Kino Günü kimi qeyd olunur. Respublikanın Xalq artisti Həmidə Ömərova bu münasibətlə öz səmimi təbriklərini Yenifikir.media vasitəsilə çatdırıb:

Bu əziz gündə mən hamımıza, bütün gənc sənətkarlardan tutmuş yeniyetmə kinomatoqraflara qədər, hər kəsə yaradıcılıq uğurları və möhkəm can sağlığı arzu edirəm. Arzularımız tükənməzdir. Bu şərəfli qələbə yolu biz kinomatoqrafların qarşısında böyük vəzifələr qoyur. Xalqımızın rəşadətli günlərini, böyük qələbəmizi, Prezidentimizin və Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuzun şücaətini kinomatoqrafiyada əks etdirməliyik. Bununla yanaşı, müxtəlif səpkili Vətən müharibəsi qəhrəmanlarının, şəhidlərimizin həyatını və mübarizələrini mövzu edən filmlər çəkilməlidir. Hal-hazırda bu işlər görülür və biz eyni zamanda milli kinomuzu inkişaf etdirməliyik.

Çünki yalnız milli dəyərlərimizə uyğun filmlər çəkilməlidir. Bundan sonra tarixi filmlər də çəkilməlidir. Bizim xalqımız bu illər ərzində çox böyük əzablar çəkib, 30 il əsarətdə qalıb və işğalçılar tərəfindən təhqir edilib. Məncə, bu, təkcə kinomatoqraflar üçün deyil, bütün sənətkarlar üçün yeni əsərlər yaratmaq üçün bir zövqdür. Və əminəm ki, belə də olacaq – həm musiqi, həm rəssamlıq, heykəltəraşlıq, həm də kinomatoqrafiya sahəsində xalqımızın zəfəri layiqincə əksini tapacaq.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir