Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov 2025-ci il dekabrın 1-də Gəncə şəhərində növbəti vətəndaş qəbulu keçirəcək və polis orqanları ilə daxili qoşunlarda xidmət etmək istəyən gənclərin sıra baxışını təşkil edəcək.
Qəbul Gəncə Şəhər Baş Polis İdarəsinin inzibati binasında baş tutacaq. Tədbirdə Gəncə, Samux, Göygöl, Goranboy, Naftalan, Daşkəsən, Xocalı və Kəlbəcər şəhər və rayonlarının sakinləri iştirak edə bilərlər.
Vətəndaşlar qəbula yazılmaq üçün 30 noyabr 2025-ci il tarixinədək yaşadıqları ərazinin polis orqanına, həmçinin DİN-in rəsmi internet saytı (mia.gov.az) və sosial şəbəkələrdəki səhifələri vasitəsilə müraciət edə bilərlər.
Daxili qoşunlarda və polis orqanlarında xidmət etmək istəyən namizədlərin sıra baxışı isə eyni gün, dekabrın 1-də saat 08:00-da Gəncə Olimpiya İdman Kompleksində keçiriləcək.
Qeyd olunur ki, həm vətəndaş qəbulu, həm də sıra baxışı zamanı iştirakçılardan şəxsiyyət vəsiqəsi tələb olunacaq.
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

