Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ATƏT sədri, Finlandiya XİN başçısı Elina Valtoneni Tbilisidə mitinqdə iştirak etdiyi üçün istefaya çağırıb.
Papuaşvili deyir ki, Valtonen etirazçıları dəstəkləyib. O, videoda aktivist Mariam Mearkişvilinin ona təşəkkür etdiyini göstərib. Mearkişvili oktyabrın 4-dəki iğtişaşlara görə həbs edilib.
Qeyd edək ki,Valtonen oktyabrın 7-də Gürcüstana səfəri zamanı mitinqdə iştirak edib və etirazçılara dəstək verib. Baş nazir İrakli Kobaxidze isə onunla görüşü ləğv edib.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

