Azərbaycan Milli Məclisinin deputatı Günay Ağamalıya qarşı sosial şəbəkələrdə başlanan kampaniya siyasi mübarizənin nə qədər bayağılaşa biləcəyinin göstəricisinə çevrilib. Sosial şəbəkələrdə yayılan videolar ətrafında yaradılan ajiotaj, əslində, təkcə bir siyasətçiyə deyil, bütövlükdə ölkənin siyasi mədəniyyətinə,ələxsus da Azərbaycan xanımına vurulan zərbədir.

Videodakı gənc xanımın deputatın qızı olub-olmamasının heç bir əhəmiyyəti yoxdur. Övladın davranışına görə ata-anaya hücum etmək nə etikaya, nə də mədəniyyətə sığır. Bu, siyasətin yox, şəxsi həyatı manipulyasiya etməyin ən ucuz formasıdır.

Dünyanın demokratik ölkələrində siyasətçinin ailəsi müzakirə mövzusu olmur, belə hücumlar siyasi proseslərin kənarında saxlanılır. Bizdə isə sosial şəbəkələrin yaratdığı xaosdan istifadə edənlər ailə üzvlərini hədəfə gətirməklə, guya kimisə zəiflətməyə çalışırlar. Halbuki bu cür addımlar yalnız nifrət yaradır, cəmiyyəti qütbləşdirir və siyasi prosesləri çirkləndirir.

Siyasi rəqabət proqramlarla, ideyalarla aparılmalıdır. Şəxsi həyat üzərindən qazanılan “qələbə” əslində, siyasi məğlubiyyətin etirafıdır.

Bir siyasətçinin fəaliyyəti tənqid oluna bilər, olunmalıdır da. Amma ailəsi – xüsusilə də uşaqları – siyasi hesablaşmanın alətinə çevrilməməlidir. Bu gün hədəf Günay Ağamaldırsa, sabah başqa bir siyasətçi ola bilər. Bu yol cəmiyyət üçün təhlükəlidir.

Ailə müqəddəsdir. Siyasət isə təmiz və səviyyəli qalmalıdır. Bu prinsipləri pozanlar nə qədər səs-küy yaratsalar da, nəticədə uduzan tərəf olurlar.

Vüsal Süleymanov
Ana Vətən Partiyasının Səbail rayon şöbəsi

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir