Milli Məclisin deputatı və Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı 17 Noyabr – Milli Dirçəliş Günü ilə bağlı təbrik mesajı yayıb. O, qeyd edib ki, bu gün xalqımızın müstəqillik naminə apardığı tarixi mübarizənin, milli özünüdərkin oyanışının rəmzidir. Milli Dirçəliş Günü Azərbaycan dövlətçiliyinin yenidən bərpasına aparan ideoloji, siyasi və mənəvi dirçəlişin simvolu kimi tariximizə yazılıb.

Deputat vurğulayıb ki, XX əsrin 60-cı illərinin sonlarından başlayaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqın milli şüurunun formalaşmasında mühüm dönüş yaradıb. Sovet ideoloji təzyiqlərinə baxmayaraq, Heydər Əliyev azərbaycanlı kimliyinin möhkəmləndirilməsi, milli mədəniyyətin qorunması və ziyalı təbəqəsinin gücləndirilməsi istiqamətində əvəzsiz xidmətlər göstərib. Onun təşəbbüsü ilə xaricdə təhsil alan gənclər sonradan milli azadlıq hərəkatının aparıcı qüvvəsinə çevriliblər.

Günay Ağamalı bildirib ki, Azərbaycan xalqı illərlə davam edən repressiya və qadağalara, milli kimliyə qarşı yönəlmiş təzyiqlərə rəğmən, dilini, mədəniyyətini və tarixi yaddaşını qorumağı bacarıb. Bu mücadilənin nəticəsi olaraq 17 Noyabr xalqın öz səsini ucaltdığı, milli oyanış iradəsini dünyaya nümayiş etdirdiyi gün kimi tarixə düşüb.

Təbrikdə vurğulanır ki, Ümummilli Liderin əsasını qoyduğu milli dirçəliş xətti bu gün Möhtərəm Prezident İlham Əliyev tərəfindən yeni məzmunda böyük siyasi iradə ilə davam etdirilir. Prezidentin həyata keçirdiyi siyasi kurs, suverenliyimizin tam bərpası, milli birliyin gücləndirilməsi və Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi Ulu Öndər ideyalarının müasir təcəssümüdür. 44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə müstəqil Azərbaycan dövlətinin qüdrətini və xalqımızın dirçəliş əzmini bütün dünyaya göstərib.

Deputat qeyd edib ki, Milli Dirçəliş Günü müstəqilliyimiz uğrunda keçdiyimiz tarixi yolun dərk olunmasına, bu irsin qorunub gələcək nəsillərə ötürülməsinə çağırış mahiyyəti daşıyır.

Sonda Günay Ağamalı bütün ölkə vətəndaşlarını bu əlamətdar gün münasibətilə təbrik edib:

“Əziz həmvətənlərim, Milli Dirçəliş Günümüz mübarək olsun!”

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir