Bu gün Neftçalada keçirilən Balıq Festivalında geniş iştirakçı qrupunun məmnuniyyəti ilə tədbirə start verilib. Festivalın məqsədi ölkəmizin bölgələrinin iqtisadi potensialını nümayiş etdirmək, yerli istehsalı təşviq etmək və turizm imkanlarını genişləndirməkdir.Yenifikir.media xəbər verir ki,Milli Məclisin deputatı və Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı tədbirdə çıxış edərək bildirib ki, Neftçala bu sahədə uğurlu nümunə nümayiş etdirir, həm yerli icmanın sosial həyatına rəng qatır, həm də regionun tanıdılmasına töhfə verir.

Deputat festivalın yüksək səviyyədə təşkil olunmasında Neftçala Rayon İcra Hakimiyyətinin peşəkarlığını xüsusi vurğulayıb. Tədbirdə tematik guşələr, yerli məhsullar və balıqçılıq ənənələrinin yaşadılması iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.

Günay Ağamalı qeyd edib ki, belə tədbirlər bölgələrin iqtisadi imkanlarını artırır, kənd təsərrüfatı və qida sənayesinə marağı gücləndirir. Festivalın uğurlu təşkilinə görə Neftçala İcra Hakimiyyətinə və bütün əməyi keçənlərə təşəkkürünü bildirib. Deputat vurğulayıb ki, ölkəmizin hər bölgəsi inkişaf edir və gələcəyimizə dəyər qatır.

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir