Son 24 saatda Günəşdə 15 böyük partlayış qeydə alınıb. Onlardan 3-ü güclü M sinfinə, 12-si isə orta C sinfinə aiddir.
Yenifikir.media bildirir ki, mütəxəssislər hazırda Günəş diskində iki böyük aktiv zona mövcud olduğunu və məhz bu zonalar partlayışların əsas mənbəyi olduğunu qeyd edir.
Günəş partlayışları gücünə görə A-dan X-ə qədər beş sinfə bölünür, hər növbəti sinf şüalanmanın 10 dəfə artdığını göstərir.
Qeyd edək ki,oktyabrın əvvəlində M1.5 sinfinə aid bir partlayış olub və plazma Yerə doğru atılıb. Bu, sentyabrın sonundan bəri ilk belə güclü hadisədir.
Reaksiyalar:
© Yenifikir.media
Arzu, təklif və şikayətlərinizi bizə bildirin

