Milli Məclisin II və III çağırış deputatı, Demokratik Qüvvələrin Milli Şurasının Kordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Türkiyə polisi tərəfindən saxlanılıb. Hazırda Türkiyədə olan Gültəkin Hacıbəyli baş verənlərlə bağlı sosial şəbəkə hesabında paylaşım edib. 

“İndicə oğlumla birlikdə İstanbulda kirayədə yaşadığım evin qapısını döydülər, əmniyyətdən gəliblər, məni karakola aparırlar. Heç bir səbəb yoxdur, Türkiyəyə 25 sentyabrda gəlmişəm, 3 aylıq müddətim bitməyib, üstəlik iki illik oturma iznim var. Çox güman ki, Türkiyədən deportasiya olunacağam”, – Gültəkin Hacıbəyli yazıb.

Xatırladaq ki, ötən gün AXCP sədri Əli Kərimlinin və AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin evində axtarış aparılıb. Onların hər ikisinin DTX-də dindirildiyi bildirilir.

Saxlanılanların Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin cinayət işi ilə bağlı dindirildiyi iddia olunur.savashmedia

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir