Bir neçə gün əvvəl Ali Məhkəmə Samux rayonu İnstitut qəsəbə tam orta məktəbinin işdən çıxarılmış direktoru Gülsəba Abbasovanın iddiasını təmin etməyib. O, vəzifədən azad olunması ilə bağlı qərardan narazı qalaraq məhkəməyə müraciət etmişdi.

Gülsəba Abbasovanın direktor postunu itirməsinə səbəb məktəbdə keçirilən “Son zəng” tədbiri zamanı kriminal xarakterli musiqinin səsləndirilməsi olub. Tədbirdən yayılan görüntülərdə Abbasovanın həmin mahnının ritminə uyğun əl çalması da müşahidə olunur.

Abbasova baş verənlərlə bağlı mətbuata açıqlamalar verərək, günahsız yerə vəzifəsindən uzaqlaşdırıldığını iddia edib. Lakin məlum məsələdir ki, ölkəmizdə qanunlar hər şeydən üstündür. O, yaxın çevrəsinə həmin videonun ona qarşı qurulan bir tələ olduğunu desə də, görüntülərdən bu versiyanın əsassız olduğu aydın görünür.

İşdən çıxarıldıqdan sonra Abbasovanın adı mətbuatda dəfələrlə hallanıb. O, bir neçə dəfə direktor kimi məktəbə qayıtmaq istədiyini bildirsə də, məhkəmə qərarı ilə bu mümkün olmayıb.

Əldə etdiyimiz məlumata görə, Gülsəba Abbasovanın həyat yoldaşı Abbasov Səmyəddin Murtuza oğlu uzun illər bələdiyyə sədri vəzifəsində çalışıb. Hazırda isə Gülsəba Abbasova İnstitut qəsəbə tam orta məktəbində Gəncə- Samux- Goranboy dairəsində seçki məntəqəsinin sədri kimi fəaliyyət göstərir.

Yenifikir.media

Reaksiyalar:
Reklam

© Yenifikir.media

Arzu, təklif və şikayətlərinizi bizə bildirin

📧 info@yenifikir.media
📱 +994 55 977 79 81 (WhatsApp)

YouTube kanalımıza abunə olun Telegram kanalımıza qoşulun Instagram -da bizi izləyin WhatsApp -da bizə yazın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir